17:13 - 17.03.2025
17 mart, Fineko/abc.az. Dünya siyasətindəki mürəkkəb proseslərə baxmayaraq, Rusiya və Azərbaycan strateji müttəfiq olaraq qalır və mehriban qonşuluq prinsiplərinə riayət edirlər.
ABC.AZ xəbər verir ki, bu barədə martın 16-17-də Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Rusiya qanunvericilərinin nümayəndə heyətinin Bakıya rəsmi səfəri zamanı keçirilən görüşlərdə deyilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Rusiya ilə ikitərəfli ticarət ilk aylarda mənfi dinamika göstərərək, ilin yekunlarına görə 10,1 faiz artaraq, təxminən 4,8 milyard dollar təşkil edib.
"Eyni zamanda, qarşılıqlı hesablaşmalarda ölkələr daha çox milli valyutalara əsaslanır, ticarət ödənişlərinin strukturunda onların payı artır. 2024-cü ilin əvvəlinə iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcminin 54 faizini təşkil edib. Ötən ilin iyul ayında isə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Rusiyaya ixracı üzrə hesablaşmaların manat və rublla payı təxminən 70 faiz, Rusiyanın Azərbaycana ixracı üzrə isə 50 faiz təşkil edib. İldə dörd milyard deyil, səkkiz, on milyard (ABŞ dolları) ticarət etmək üçün bütün imkanlarımız var”, — deyə Valentina Matviyenko bildirib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026