17:28 - 14.03.2025
14 mart, Fineko/abc.az. 2025-ci ilin yanvar ayı ərzində Azərbaycan Yeni Zelandiyadan 1,9 milyon dollar dəyərində 254 ton kərə yağı ixrac edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 343,5 min dollar(15%), miqdar ifadəsi ilə 128 ton (33,5%) azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında Azərbaycan Yeni Zelandiyadan 2,3 milyon dollar dəyərində 382 ton kərə yağı idxal edib.
Bu dövrdə 1 kq kərə yağının orta idxal qiyməti 12,99 manata bərabər olub ki, bu da illik 2,83 manat (27,8%) artım deməkdir.
Ötən ilin müvafiq dövründə isə 1 kq yağın orta idxal qiyməti 10,16 manat olub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026