15:11 - 12.03.2025
12 mart, Fineko/abc.az. Ən bahalı avtomobil markalarından olan “Porsche”nin mənfəəti ötən il kəskin şəkildə azalıb.
ABC.AZ xəbər verir ki, mərkəzi ofisi “Ştutqart”da yerləşən avtomobil istehsalçısı illik mənfəətinin 30 faiz azalaraq 3,6 milyard avroya düşdüyünü açıqlayıb. Müqayisə üçün, şirkət 2023-cü ildə 5,2 milyard avro mənfəət əldə edib.
Şirkət bu geriləməni artan xərclər və Çin bazarındakı satışların əhəmiyyətli şəkildə azalması ilə əlaqələndirib. Ötən il avtomobil satışları 3 faiz azalaraq 310 min 700-ə düşüb. Azalma Çin bazarında 28 faiz təşkil edib.
Fevral ayında şirkət rəhbərliyində bir sıra dəyişikliklər olunduğu və iki əsas rəhbər şəxsin vəzifədən uzaqlaşdırıldığı açıqlanıb. Bundan əlavə, “Porsche” daxiliyanma mühərrikləri və “plug-in” hibridlərə yenidən daha çox sərmayə yatırmaq qərarına gəlib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026