10:59 - 11.03.2025
11 mart, Fineko/abc.az. Maskın, Trampın göstərişi ilə federal vəzifələrdə geniş miqyaslı ixtisarlarda iştirakı ABŞ-da Tesla-ya qarşı etirazlara səbəb olub.
ABC.AZ xəbər verir ki, təxminən 350 nümayişçi Tesla avtomobil sərgisi keçən həftə Oregon ştatının Portland şəhərində etiraz etmişdi. Doqquz nəfər Nyu-Yorkdakı Tesla avtosalonunda səs-küylü etiraz aksiyası zamanı həbs edilib.
Mask, Tramp administrasiyasında hökumət səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edir.
Truth Social platformasındakı yazısında Tramp, Maskın ölkəyə kömək etmək üçün "fantastik" bir iş gördüyünü deyib.
"Sabah səhər həqiqətən böyük bir amerikalı İlon Maska inam və dəstək əlaməti olaraq tam yeni bir Tesla alacağam", — deyə Tramp söz verib.
Mask X sosial şəbəkəsindəki dəstəyə görə Prezidentə təşəkkür edib.