Turistlər üçün dünyanın "ən stresli" şəhərlərinin siyahısı tərtib edilib 

19:27 - 7.03.2025


7 mart, Fineko/abc.az. DİPNDİVE mütəxəssisləri dünyanın 10 ən stresli şəhərini müəyyənləşdiriblər.

ABC.AZ xəbər verir ki, meqapolislər bir neçə amilə görə qiymətləndirilib: ziyarətçilərin ümumi sayı, şəhərin səs-küy səviyyəsi, hava keyfiyyəti, taksi də daxil olmaqla qida və nəqliyyat qiymətləri və cinayət indeksi. 

Turistlər üçün dünyanın "ən stresli" on şəhərinin siyahısı belədir:

1. Las Vegas, ABŞ - 95 xal;
2. San-Fransisko, ABŞ - 93 xal;
3. Nyu-York, ABŞ - 83 xal;
4. London, Böyük Britaniya - 82 xal;
5. Los Angeles, ABŞ - 79 bal;
6. Sürix, İsveçrə - 77 xal;
7. San Diego, ABŞ - 76 bal;
8. Milan, İtaliya - 73 xal;
9. Portland, ABŞ - 72 bal;
10. Paris, Fransa - 71 xal.