12:00 - 7.03.2025
7 mart, Fineko/abc.az. Azərbaycanda fevral ayı üzrə ən çox bazar payına malik olan mobil telefon markalarının adları məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə “Statcounter” beynəlxalq şirkəti hesabat açıqlayıb. Hesabata əsasən, 10 marka içərisində Azərbaycanda ən çox istifadə olunan “Samsung” olub. “Samsung”un Azərbaycandakı payı 29,01% təşkil edib.
Bu göstərici əvvəlki ay ilə müqayisədə 0,37 faiz bəndi az , ötən ilin fevral ayı ilə müqayisədə isə 1,09 faiz bəndi çoxdur.
“Xiaomi” populyarlığına görə ikinci pillədə qərarlaşıb. Şirkətin mobil cihaz bazarı üzrə Azərbaycan üzrə payı fevral ayı üzrə 23,62%-ə bərabər olub. Bu da aylıq 0,79 faiz bəndi az, illik isə 4,50 faiz bəndi çoxdur. “Apple” 18,69% pay göstərici ilə üçüncü pillədə qərarlaşıb. Şirkətin mobil cihaz bazarında Azərbaycan üzrə payı aylıq 0,17 faiz bəndi azalıb, illik 0,86% artıb. Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,29 faiz bəndi artaraq , illik isə 10,17 faiz bəndi azalaraq 17,38% təşkil edib.
“Honor”un Azərbaycan seqmentindəki payı isə son bir ay ərzində 0,03 faiz bəndi, son bir ildə 3,50 faiz bəndi artaraq 5,07%-ə yüksəlib. “Huawei” Azərbaycandakı payını aylıq 0,08 faiz bəndi, illik 0,11 faiz bəndi itirərək 1,59%-ə dək aşağı salıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026