16:55 - 6.03.2025
6 mart, Fineko/abc.az. Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi” (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb.
ABC.AZ xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək.
Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026