11:59 - 28.02.2025
28 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın fevral sayında qeyd olunub.
Qeyd olunan müddətdə Rusiya Federasiyasına 81,1 milyon ABŞ dolları, Türkiyəyə 37,1 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.