BƏƏ-də rəqəmsal incəsənət muzeyi fəaliyyətə başlayacaq

15:47 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Aprelin 18-də BƏƏ-nin paytaxtında TeamLab Phenomens Abu Dhabi rəqəmsal incəsənət muzeyi fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, Yaponiyanın TeamLab sənət kollektivi tərəfindən yaradılan Saadiyat bölgəsindəki yeni mədəni məkan 17 min kvadratmetr ərazidə "sənət, elm və texnologiyanı birləşdirəcək". 

Ekspozisiyalar, rəqəmsal medianı, təbii elementləri və interaktiv mühiti birləşdirərək ziyarətçilərin görmə, eşitmə və toxunma hisslərinə təsir edəcək.
Layihə, TeamLab-ın "ətraf mühit hadisələri" konsepsiyasına uyğundur, burada sənət əsərləri statik deyil, ətraf mühitin bir hissəsinə çevrilir və "daim dəyişən multisensor təcrübə" yaradır.