11:23 - 25.02.2025
25 fevral, Fineko/abc.az. İri şirniyyat tədarükçüləri olan “Snickers” və “Oreo” məhsul qiymətlərinin 5-20% artması barədə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, “Mars” şirkəti, məlumatda tərəfdaşlara qiymət artımının bir neçə mərhələdə həyata keçirilməsini planlaşdırdıqlarını bildirib (20 fevral və 24 mart tarixlərində).
"Kakao paxlası və kakao məhsulları üçün rekord yüksək birja qiymətləri və digər maddələrin bahalaşması səbəbindən misli görünməmiş bir xərc artımı və istehsal dəyəri ilə qarşılaşırıq", — deyə məktubda qeyd eilib.
Belə ki, 2025-ci ilin fevral ayının sonunda bir neçə şokolad batonları 14% bahalaşacaq. Eyni zamanda, Skittles konfetinin qiyməti 12%, M&M drajeləri isə 16% artacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026