10:05 - 21.02.2025
21 fevral, Fineko/abc.az. Azərbaycan 2024-cü ildə daxildə siqaretin istehsalının güclənməsi ilə xaricə ixracı daha da yüksəldib.
ABC.AZ xəbər verir ki, keçən il Azərbaycandan xaricə 106 milyon qutu və ya 33.6 milyon ABŞ dolları həcmində siqaret satıb. Siqaretin ixrac həcmi illik müqayisədə 88 faiz, ümumi dəyəri isə 135 faiz artıb.
Ölkədə əsas istehsalçı və ixracatçı “Tabaterra” QSC keçənilki fürsətdən yararlanaraq 35 mln. dollar valyuta gəliri əldə edib. Bu 2023-cü ildə cəmi 7.7 mln. dollar təşkil edirdi.
2023-cü il Rusiya Azərbaycan siqaretinin əsas alıcısı olsa da, 2024-cü ildə bu statusu itirmiş olub. Onu Gürcüstan əvəz edib. Gürcüstan keçən il Azərbaycandan ümumi həcmi 90 milyon qutu siqaret üçün 30.7 milyon dollar valyuta ödəyib. Beləliklə, Gürcüstana siqaret ixracı miqdar və dəyərlə müvafiq olaraq 261 faiz və 296 faiz artırıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026