11:49 - 20.02.2025
20 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycanda 6.8 milyon manatlıq geyim istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.3% azdır.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 57.6 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar ayı
ilə müqayisədə toxuculuq sənayesində 39.2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 12.2 faiz artım olub.
Hesabat dövründə Azərbaycanda üst geyim istehsalı 77,3 min ədəd (1 il əvvələ nisbətən 2 dəfə çox), corab məmulatları istehsalı 111,2 min cüt (44.6% az), kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri istehsalı 134,6 min ədəd (57.4% az) təşkil edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026