Neft ucuzlaşır, Brent bir barelə $75,85

09:40 - 20.02.2025


20 fevral, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı hərracda aşağı düşür.

Brent markalı neftin aprel fyuçersi ICE Futures birjasında saat 09:34-də $0,19 (0,25%) azalaraq bir barelə $75,85-a düşüb. Fevralın 19 - da keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,20 (0,26%) artaraq bir barelə $76,04-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçersləri saat 09:34-də $0,24 (0,33%), bir barelə $71,86-a düşüb. 19 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $0,27 (0,38%), bir barelə $72,10-a yüksəldi.