11:35 - 12.02.2025
12 fevral, Fineko/abc.az. Meta, keçən ay xidməti qeyddə elan edildikdən sonra işçilərin məhsuldarlıq qiymətləndirməsinə əsaslanan kəsiklərin yeni bir mərhələsinə başladı. Bu tədbirlərin məqsədi şirkətin səmərəliliyini artırmaq və resursları prioritet sahələrə, xüsusən də süni intellekt (AI) sahəsinə yenidən bölüşdürməkdir.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, Meta-nın baş direktoru Mark Zuckerberg xidməti qeyddə bu işdən çıxarılmaların "işlərinin son 12 ayı ərzində gözləntilərə cavab verməyən" işçilərdən imtina etməyi hədəflədiyini deyib. Məlumata görə, bu, Meta-nın qlobal işçi qüvvəsinin təxminən 5%-ni əhatə edib ki, bu da təxminən 3600 nəfərdir.
Lakin, Almaniya, Fransa, İtaliya və Hollandiyadan olan işçilər, yerli tənzimləmə qanunları ilə əlaqədar olaraq, bu azalma mərhələsinə düşməyəcəklər. Asiya, Afrika və Avropanın digər bölgələrindəki işçilər isə fevralın 11-dən 18-dək bildiriş alacaqlar. Zukerberqin vədinə görə, vakant vəzifələr artıq 2025-ci ildə doldurulacaq.