“Alphabet”in mənfəəti 28% artıb

11:24 - 5.02.2025


5 fevral, Fineko/abc.az. “Alphabet” (Google-un ana şirkəti) 2024-cü ilin IV rübündə xalis mənfəəti 28% artıraraq 26,5 milyard dollara çatdırıb.

ABC.AZ xəbər verir ki, gəlir 12% artaraq 96,5 milyard dollara çatıb. Lakin qazanc ekspertlərin proqnozlarından bir qədər aşağı olub (96,68 milyard dollar)

Google-un reklam gəlirləri, o cümlədən axtarış və YouTube gəlirləri 72,4 milyard dollara yüksəlib.