Rusiyadan Azərbaycana, Gürcüstana və Ermənistana pul köçürmələri azalıb

14:13 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Qazaxıstan, Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının statistikasına əsasən, 2024-cü ildə Rusiyadan bu ölkələrə pul köçürmələrinin həcminin azalması davam edib.

ABC.AZ xəbər verir ki, bu məlumatlar bank İnfrastrukturu və "Zolotaya Korona", "Unistream" və “Contact” kimi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən köçürmələri əhatə edir.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiyadan Azərbaycana köçürmələrin həcmi iki dəfə azalaraq 410,7 milyon dollar təşkil edib.

2024-cü ildə Rusiyadan Qazaxıstana pul köçürmələrinin həcmi 132,8 milyon dollar və ya 61,8 milyard tenge təşkil edib. Beləliklə, il ərzində dollarla göstərici 44%, tenge ilə isə 43% azalıb.  Rusiyadan Gürcüstana 2024-cü il üçün pul köçürmə sistemləri vasitəsilə 541,2 milyon dollar göndərilib ki, bu da 2023-ü ilin nəticəsindən 65% azdır, o zaman 1,5 milyard dollar olub.

2024-cü ilin 11 ayı ərzində Rusiyadan Ermənistana köçürmələrin həcmi (son məlumatlar) 13% azalıb: 2023-cü ilin yanvar-noyabr aylarındakı 3,6 milyard dollar qarşılığında 2024-cü ilin yanvar-noyabr aylarında 3,2 milyard dollar təşkil edib.