Qazaxıstanda investisiya StableCoin konsepti hazırlanacaq

17:19 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Qazaxıstanın Milli Bankı StableCoin-i investisiya vasitəsi kimi təqdim etməyi düşünür.

ABC.AZ xəbər verir ki, bu barədə yerli KİV tənzimləyicinin sədr müavini Berik Şolpankulova istinadən xəbər verir.

Onun sözlərinə görə, beynəlxalq təcrübə nəzərə alınmaqla layihənin ilkin baxışı artıq formalaşıb. İndi Milli Bank bazar iştirakçılarından tənzimləyici sandbox çərçivəsində sınaqdan keçirmək üçün təkliflər gözləyir.

"Bundan sonra hüquq-mühafizə normalarını qanuna daxil edəcəyik. Onun layihəsini 2025-ci ilin avqustunda təqdim etməyi planlaşdırırıq", — deyə o bildirib.

Qazaxıstan hakimiyyəti kripto aktivlərini ödəmə vasitəsi kimi tanımağı planlaşdırmır.

"Onların əsas funksiyası birja bazarlarında məcburi qeydiyyata alınmadan aktivlərin alqı — satqısı imkanıdır. Belə bir mexanizm bazar iştirakçılarına rəqəmsal aktivlərlə işləmək üçün əlverişli vasitələr təqdim edəcək", — deyə Milli Bankın sədr müavini izah edib.