Bu brendlər İran bazarını tərk edir

10:52 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. Dünyanın texnologiya brendləri İrana tətbiq edilən sanksiyalara görə İslam Respublikasını tərk edir.

ABC.AZ xəbər verir ki, məlumatı “Donya-e-Eqtesad” saytı yayıb.

Bildirilib ki, bir müddət əvvəl nəhəng texnologiya şirkətləri İran bazarını tədricən tərk edib. Bunların ardınca “IBM”, “HP” və “Apple” kimi tanınmış markalar da bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.

Məlumata görə, bu günlərdə “Asus” və “Lenovo” kimi texnologiya şirkətləri də İranı tərk edərək aksiyaya qoşulublar.