11:00 - 27.01.2025
27 yanvar, Fineko/abc.az. Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir.
ABC.AZ xəbər verir ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var.
Qəssabların sözlərinə görə, buna səbəb heyvan qıtlığının olmasıdır: “Dana əti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.
Bildirilib ki, qiymət artımı bölgələrdə də olub. Fərq 50 qəpiklə müşahidə edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026