“Apple” korporasiyası yeni smartfon hazırlayır

14:53 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Amerikanın “Apple” korporasiyası tarixdəki ən nazik smartfonunu hazırlayır və onu "İphone air" adlandırmağı planlaşdırır.

ABC.AZ xəbər verir bu barədə “Bloomberg” məqalə dərc edib. Agentlik şirkətdəki mənbələrə istinadən məqalədə

qeyd edir ki, yeni məhsul payızda təqdim oluna bilər və şirkətin gələcək texnologiyalarından bəziləri onun üzərində sınaqdan keçiriləcək. Yeni “iPhone” indiki flaqman modellərindən 2 mm incə ola bilər və qalınlığı 5,5 mm-dən 6,25 mm-ə qədər dəyişəcək.

Smartfon A19 prosessoru və 8 GB operativ yaddaş, 6,6 düymlük OLED displey, həmçinin 48 MP əsas və 28 MP ön kamera alacaq. Şirkət smartfonlarının qalınlığını azaltmaqla, o korpuslardan qatlana bilən iPad və iPhone-lərdə istifadə etmək niyyətindədir.