10:11 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. ABŞ-ın “Apple” şirkəti Şanxayda böyük məlumat texnologiyaları və süni intellektlə bağlı proqram təminatının hazırlanması ilə məşğul olacaq yeni bölmə açıb.
ABC.AZ xəbər verir ki, bu barədə bazar ertəsi "Itz ai Global" informasiya resursu məlumat verir.
Apple Technology Development Shanghai adlı törəmə şirkət 35 milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılıb. Məlumatlara görə, onun ixtisaslaşması proqram təminatının hazırlanması, həcmli məlumatlar və onların saxlama sistemləri ilə işləmək olacaq. Resursun yazdığına görə, bu şirkətin yaradılması, ehtimal ki, “Apple”ın Çin bazarında süni intellekt sistemini işə salmaq səyləri ilə bağlıdır.
Itz ai Global-ın qeyd etdiyi kimi, yeni törəmə şirkətin yaranması Apple-ın Çində süni intellekt texnologiyasına əsaslanan Apple Intelligence sistemini işə salmaq planlarından xəbər verir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026