“Kontakt Home” barəsində inzibati xəta protokolu tərtib edilib

14:54 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “ABC-Telecom” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində inzibati xəta protokolu tərtib edib.

ABC.AZ Dövlət Xidmətinə istinadla xəbər verir ki, şirkət tərəfindən keyfiyyətsiz (müqavilə şərtlərinə uyğun olmayan) mal satılıb və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilib.

Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5-ci maddəsinin 7-ci bəndindəki maddəyə uyğun pozuntu etdiyi aşkar edilib.

Qeyd edilir ki, şirkət tərəfindən müştəriyə “keyfiyyətsiz mal satılıb və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilmişdir”.