11:36 - 7.01.2025
7 yanvar, Fineko/abc.az. “Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına və Audit Komitəsinə təyinatlar olub.
ABC.AZ xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, Teymur Cəfərov Fərhad oğlu Müşahidə Şurasının üzvü seçilib. Teymur Cəfərov buna qədər şirkətin direktoru vəzifəsində çalışırdı.
Bununla da Müşahidə Şurasının üzvləri 1 sədr və 3 üzvdən ibarət olacaq.
Rauf Hüseynov Hüseynağa oğlu Audit Komitəsinin üzvü seçilib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026