4 milyon manatdan 10 min manata düşdülər - Şirkət nizanamə kapitalını azaltdı

17:24 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. “Sun Qaynaq” MMC nizamnamə kapitalının 4 000 000 manatdan 10 000 manatadək azaldığını elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar bir ay ərzində öz tələblərini AZ5000, Sumqayıt şəhəri, «Metal baza»ya gedən avtomobil yolu ilə Bakı-Rostov d/y arasındakı ərazi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 2014-cü ildə dövlət qeydiyyatına alıb, qanuni təmsilçisi Ali Kemal Yılmazdır.