14:32 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.6%-i və ya 35 mlrd. 192 mln. manat.
ABC.AZ xəbər verir ki, depozit portfelinin 60.6%-i (21 mlrd. 332.1 mln. manat) hüquqi şəxslərin, 39.4%-i (13 mlrd. 859.9 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (9 mlrd. 034.8 mln. manat) milli valyutada, 34.8%-i (4 mlrd. 825.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.4%-i (8 mlrd. 371.4 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
21 Avqust 2026
19 Avqust 2026