17:21 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. Azərbaycan son ildə siqaret istehsalını artırmaqla idxaldakı xərc yükünü azaltmaqla yanaşı, hətta ondan həm də irihəcmli valyuta əldə etməyə başlayıb. Gürcülərin Azərbaycan siqaretinə marağı ixracın həcmindəki artıma güclü dəstək verib.
ABC.AZ xəbər verir ki, Azərbaycan ümumilikdə xaricə bu ilin ilk on ayında təqribən 88 mln. qutu (1.762 mlrd. ədəd) siqaret satıb. Siqaret qutuları ümumiyyətlə hər qutuda 20 ədəd siqaret olmaqla hesablanır.
Bunun da keçən il 31 mln. ədəd olduğunu nəzərə alsaq, illik müqayisədə siqaretin ixrac həcmi 3 dəfəyə yaxın artmış olub.
Ölkəyə siqaretin ixracı səbəbindən 27.79 milyon ABŞ dolları dəyərində valyuta daxil olub. 2019-cu ilə qədər ixrac-idxal balansında bu məhsul üzrə mənfi saldo mövcud idi və daxildə istehsalın artması ilə müsbət saldoya çevrilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026