Ölkədən 11 ayda 182 milyon 689 min dollar dəyərində alüminium ixrac edilib

14:47 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 182 milyon 689 min dollar dəyərində 67 min 712 ton alüminium ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 669 min dollar və ya 1,5% artıb , miqdar ifadəsilə 1 146 ton və ya 1,7% azalıb.

2023-cü ilin 11 ayında isə Azərbaycandan 180 milyon 20 min dollar dəyərində 68 min 857 ton alüminium ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4,59 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4,44 manat idi (illik 14 qəpik və ya 3,2% bahalaşma).

Bu il ümumi ixracının 0,75%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,91%-i alüminiumun payına düşüb.