Çin Azərbaycana daşımalar üçün daha əlverişli imkanlar təqdim edəcək

14:20 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. Çin 2025-ci ildə Azərbaycana tranzit yük daşımaları üçün daha əlverişli imkanlar təqdim edəcək ki, bu da ətraf regionlardan Çinə ölkə ərazisi ilə tədarükün genişləndirilməsinə təkan verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ilin yekununa həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan malik olduğu coğrafi üstünlüklərə, böyük tranzit potensialına və yaxşı infrastruktura əsaslanaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) sayəsində regional qarşılıqlı əlaqələrin dərinləşməsində getdikcə daha mühüm rol oynayır və onun Avrasiyada mühüm nəqliyyat qovşağı kimi mövqeyi daha da möhkəmlənir.