17:04 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. "Bakı Ağac Emalı” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən də aydın görmək olur. Məlumata əsasən, “Bakı Ağac Emalı” ASC-nin vergi borcu 248 216.97 manatdır.
Bu vergi borcu 12.12.2024-cü il tarixinə olan məlumatdır. Xatırladaq ki, ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 679 574 manatdır və qanuni təmsilçisi Natiq Əkbərovdur.
5 Avqust 2026
5 Avqust 2026