16:14 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 263,7 milyon dollar təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% azdır.
Hesabat dövründə ölkədən Fransaya ixrac 64,3 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 199,4 milyon dollar olub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026