Azərbaycan məhsulları Türkiyə marketlərində satıla bilər

11:08 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. Azərbaycanın ixrac potensiallı məhsullarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları müzakirə olunub. 

ABC.AZ xəbər verir ki, bununla bağlı AZPROMO, “SOCAR Türkiyə” və iş adamlarının iştirakı ilə onlayn toplantı keçirilib.

Toplantıda ölkəmizin ixrac potensiallı məhsullarının, o cümlədən Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə etdiyi məhsul kateqoriyalarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin tərəflər arasında əməkdaşlığın artırılması baxımından əhəmiyyəti nəzərə alınaraq bu cür görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib. (Azərtac)