Bankların cəmi aktivləri ötən ay 2,2 faiz azalıb

11:22 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. 31 oktyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 cəmi aktivləri 49 mlrd. 697.8 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 254.6 mln. manat, balans kapitalı 6 mlrd. 443.2 mln. manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın oktyabr ayı üzrə statistik bülletenində əks olunub.

Cəmi aktivlərin həcmi oktyabrda 2.2% azalıb. Keçən ayın əvvəli sektorun ümumilikdə 50 mlrd. 840.8 mln. manat aktivləri vardı.

Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 mln. manat artaraq 27 mlrd. 80.5 mln. manat olub.

Müəllif: Elmir Murad