17:44 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Çin ölkənin şimal-qərbindəki Jiuquan kosmodromundan "Changzheng-20-3" gücləndirici raketinin köməyi ilə "Sıvey-Qaozin-20-3" və "Sıvey-Qaozin-4" optik müşahidə peykini fəzaya buraxıb.
ABC.AZ xəbər verir ki, Çin Mərkəzi televiziyasına istinadən, buraxılış Pekin vaxtı ilə 07:39-da (Bakı vaxtı ilə 03:39) baş tutub. Peyklər artıq müəyyən edilmiş orbitə çıxarılıb.
Məlumdur ki, "Sıvey-Qaozin" peykləri Çin Aerokosmik elm və texnologiya korporasiyasının törəmə şirkəti olan hina Siwei Survey and Mapping Technology-ya məxsusdur. Aparatlar topoqrafik tədqiqat və xəritəçəkmə, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması və dənizdəki vəziyyətin monitorinqi üçün istifadə olunan Yerin optik müşahidəsi məlumatlarını təqdim edir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026