Bu şəhərin hava limanında limitsiz Wi-Fi təklif olunur

16:20 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. İstanbul hava limanında pulsuz və limitsiz Wi-Fi mövcuddur. Əvvəllər hava limanında Wi-Fi-dan yalnız bir saat pulsuz istifadə etmək mümkün idi.

ABC.AZ xəbər verir ki, mobil telefonlarından daxil olmaq istəyən sərnişinlər cihazlarında İGA WiFi şəbəkəsini seçməli, sonra açılan səhifədə "mobil telefondan daxil ol" seçimini seçməli, telefon nömrələrini daxil etməli və SMS mesajı ilə qoşulmanı təsdiqləməlidirlər.

Telefon nömrəsini göstərmədən daxil olmaq üçün pasportunuzu hava limanındakı Wi-Fi köşkünün ekranında skan edərək giriş şifrəsini əldə etməlisiniz.

İstanbul hava limanı hazırda gündə orta hesabla 1 359 uçuş həyata keçirir. Bu, bütün Avropa hava limanları arasında rekord göstəricidir. Ən çox uçuşlar Türk Hava Yolları tərəfindən həyata keçirilir.