ABŞ buna görə Rusiyaya sanksiyalar tətbiq edəcək

10:42 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.

ABC.AZ xəbər verir ki, sözügedən bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, xarici maliyyə institutları SPFS-ə qoşulmuş qurumlarla münasibətlərində ehtiyatlı olmalıdırlar, çünki belə banklar Rusiya sanksiyalarından yan keçmək üçün kanal ola bilər.

ABŞ-ın belə addımlar atan maliyyə qurumlarına daha aqressiv təsir göstərməyə hazır olduğu vurğulanıb.