17:28 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. İran prezidenti Pezeşkian noyabrın 19-da Hatəmül Ənbiya Qərargahına səfəri zamanı paytaxtın Tehrandan köçürülməsi məsələsini gündəmə gətirib.
ABC.AZ xəbər verir ki, Pezeşkian Tehranı paytaxt kimi saxlamağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirib.
“Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik. Paytaxtı köçürməkdən başqa çarəmiz yoxdur”, – Pezeşkian deyib.
Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026