POS-terminallarla bağlı ciddi nəzarət həyata keçiriləcək

16:00 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

ABC.AZ quruma istinadən xəbər verir ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib.

Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.