11:14 - 25.09.2026
25 Sentyabr, Fineko/abc.az. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan nəqliyyat dəhlizlərini özəl sektorun yönləndirdiyi iqtisadi dəhlizlərə çevirməyi hədəfləyir.
Nazir qeyd edib ki, 2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda orta illik real artım 6%, qeyri-neft sənayesi 50%, qeyri-neft ixracı isə iki dəfəyə yaxın artıb. 2025-ci ildə bu sektorun ÜDM-dəki payı 71% təşkil edibsə, 2030-cu ilə qədər bu göstəricinin 82%-ə çatdırılması nəzərdə tutulur.
M.Cabbarov vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə inteqrasiya və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirak Azərbaycanda yerləşən şirkətlərə regional bazarlara və Avropaya çıxış imkanı yaradır. Həmçinin Ələt Azad İqtisadi Zonası və sənaye parkları vasitəsilə əlavə dəyər yaradan emal sənayesi inkişaf etdirilir. Yeni dəstək mexanizmlərinə əsasən, müəyyən edilmiş limitlər daxilində uyğun qeyri-neft ixracı üzrə nəqliyyat xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən kompensasiya olunur.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026