10:14 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. "Bolt" taksi şirkətinin müştəriləri aldatdığı üzə çəxıb. Belə ki, adıçəkilən şirkətin bir gediş haqqını iki dəfə çıxmağa başladığı məlum olub.
ABC.AZ xəbər verir ki, bu barədə sərnişinlər məlumat veriblər.
Onlar bildirib ki, son günlər "Bolt" gediş haqqını iki dəfə çıxmağa başlayıb. "Belə ki, eyni məsafə üçün hesablanmış gediş haqqı 2 dəfə çıxılır, sonradan isə pulun balansa qaytarılacağı bildirilir", - deyə sərnişinlər qeyd ediblər.
Şirkətdən Milli.Az-a isə rəsmi olaraq bildirilib ki, əlavə məbləğ avtorizasiya məqsədi ilə tutulur və karta geri qaytarılır. Hazırda bütün müştərilərdən avtorizasiya məbləği tutulur. Məbləğ 14 iş günü müddətində kart hesabına geri qaytarılır.
Məqsəd kart etibarlılığını yoxlamaq (saxta və ya icazəsiz istifadənizi minimuma endirmək kimi) üçün müvəqqəti kart və kart məlumatının yoxlanışını (avtorizasiyanı) həyata keçirməkdir".