10:17 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb.
ABC.AZ xəbər verir ki, TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026