14:41 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, noyabrın 5-də valyuta hərracında bankların tələbi 69,3 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 3,3 milyon dollar (5%) çoxdur. Oktyabrın 31-də keçirilən valyuta hərracında AMB banklara 66,0 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.