10:50 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan kredit ittifaqlarının cəmi kredi tportfeli 10,9 milyon manata bərabər olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon manat (7%), ilin əvvəlindən isə 0,1 milyon manat (1%) azalıb.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının kredit protfeli 11,7 milyon manat, ilin əvvəlində isə 11 milyon manat idi.