10:37 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0.53 milyon manat zərərlə başa vurub. Ötən ilin eyni dövründə kredit ittifaqları 0.3 milyon manat zərərlə başa vurmuşdur ki, bu da illik müqayisədə 77% çoxdur.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında kredit ittifaqlarının gəlirləri 1.6 milyon manat (illik müqayisədə 6% az), xərcləri 1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1.2 milyon manat təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12.7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7.3% azdır. Bunun 10.9 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7% kiçilib.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026