Nağd pul kreditləri üzrə orta faiz dərəcəsi artıb

12:36 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.

ABC.AZ xəbər verir ki,  30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə 30 sentyabr 2024-cü il tarixində orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 1 faiz bəndi azalaraq 24%, avtomobil kreditləri üzrə 1 faiz bəndi azalaraq 12%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 3 faiz bəndi azalaraq 16% təşkil edib.

Orta faiz dərəcəsi məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 1 faiz bəndi artaraq 25%-ə, digər istehlak kreditləri (nağd pul krediti) üzrə 1 faiz bəndi artaraq 20%-ə yüksəlib.