Valyuta hərracında bankların tələbi 25,3% azalıb

12:40 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 22-də keçirilən valyuta hərracında bankların tələbi 49,2 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 16,7 milyon dollar (25,34%) azdır. Oktyabrın 17-də keçirilən valyuta hərracında AMB banklara 65,9 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.