11:15 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Varşavada Wex kriptovalyuta birjasının keçmiş sahibi Dmitri Vasilyev ABŞ-ın orderi ilə saxlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə oktyabrın 19-da Exved birjasının baş direktoru Sergey Mendeleyev Telegram kanalında bildirib.
Mendeleyevin sözlərinə görə, Vasilyev anti-Rusiya sanksiyalarından yayınmaqda günahlandırılır və ona qarşı ekstradisiya prosesi artıq başlayıb.
Dmitri Vasilyevin mobil telefonu müsadirə olunub, Qazaxıstanın ona qarşı iddialarının olmadığını sübut etməyə çalışıb.
Hazırda Vasilyevlə yerli vəkillər işləyir. Onun layihələri isə "yaxın tərəfdaşların etibarlı əlindədir", - deyə Exved rəhbəri vurğulayıb.
Wex kripto birjası 2017-ci ildə qurulub. O, 2018-ci ildə müştərilərini aktivlərindən və yatırımlarından məhrum edərək faktiki olaraq fəaliyyətini dayandırmışdı.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026