14:53 - 28.08.2026
28 avqust, Fineko/abc.az. İsveç, Niderland, Polşa və İspaniyanın xarici işlər nazirləri Avropa İttifaqı (Aİ) Komissiyasına müraciət edərək, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadə olunması mexanizmlərinin yenidən dəyərləndirilməsini xahiş ediblər.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Aİ-yə sədrlik edən İrlandiyanın xarici işlər naziri Helen MakEntiyə ünvanlanan birgə məktubda bildirilir ki, Ukraynanın həm qısamüddətli, həm də uzunmüddətli maliyyə dəstəyinə ehtiyacı var. Məktubda dondurulmuş aktivlərdən istifadə etməklə Avropa vergiödəyicilərinin üzərindəki yükün azaldıla biləcəyi vurğulanıb.
Müraciətdə Aİ Komissiyasının texniki ekspertlərinə dondurulmuş aktivlərin istifadəsi üzrə yeni variantları araşdırmaq təklif olunub. Qeyd edilib ki, 1-2 sentyabr tarixlərində İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü bu məsələni yenidən müzakirəyə çıxarmaq üçün münasib imkandır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026