Qətər LNG tədarükündə fors-mojor rejiminin müddətini uzatdı

15:02 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Qətərin Avropa və Asiyadakı alıcılara suyabənzərdilmiş təbii qaz (LNG) tədarükü üzrə fors-mojor rejiminin müddətini daha bir ay uzatdığı bildirilir.

Mənbələrin verdiyi məlumata görə, Qətərin dövlət şirkəti "QatarEnergy" Asiya və Avropadakı alıcılarına LNG göndərişlərinin ləğvinin oktyabr-noyabr aylarınadək davam edəcəyini bildirib. Qərar iyul ayında Hürmüz boğazında yanacaq daşıyan gəmilərə edilən hücumlar və regionda artan gərginlik fonunda təhlükəsizlik riskləri ilə əlaqələndirilir.

Hürmüz boğazından LNG daşınmasının kəskin azalması fonunda Avropa və Asiyada təbii qazın qiyməti münaqişədən əvvəlki səviyyədən iki dəfəyə yaxın artıb.