09:43 - 28.08.2026
28 avqust 2026-cı il, Fineko/abc.az. Cekson Houl simpoziumunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun gözlənilən çıxışı öncəsi qızılın qiyməti geriləyib.
Spot qızıl 0,5% ucuzlaşaraq bir unsiya üçün 4 580,19 dollara düşüb.
ABŞ-də inflyasiya göstəricilərinin 3,7% səviyyəsində qalması fonunda bazarda faiz dərəcələrinin yüksək saxlanılacağı və ya yenidən artırılacağı ehtimalları qızılın cəlbediciliyini azaldıb. Buna baxmayaraq, Mərkəzi bankların alışları və ETF-lərin iştirakı qızıl qiymətlərinə uzunmüddətli dəstək verməkdə davam edir.
Digər qiymətli metallardan gümüş 0,6% azalaraq 68,85 dollara, palladium 0,2% enərək 1 349,44 dollara, platin isə 0,3% ucuzlaşaraq 1 840,78 dollara geriləyib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026