Qeyri-neft sektoru üzrə dövlət ixracatçılarına SOCAR-ın idarəsi başçılıq edir

12:31 - 28.08.2026


 28 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərenerji" ASC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC təmsil olunublar.